Almaniyada federal hökumət milli kino sənayesinin beynəlxalq rəqabətdə imkanlarını artırmaq üçün addımlar atmağa başlayıb.
Daha.az xəbər verir ki, 2026-cı il üçün federal büdcə layihəsində alman bədii filmlərinin və seriallarının maliyyələşdirilməsinə 250 milyon avro vəsait ayrılıb.
Bu günlərdə şirkət nümayəndələri ilə görüşən nazir deyib ki, beynəlxalq platformalar (əsasən, ABŞ şirkətləri) Almaniyada əldə edilən reklam gəlirinin 10%-ni vergi kimi ödəməli, bundan əlavə, yayımçılar Almaniyaya sərmayə qoymalıdır.
O, qonşu Fransanı misal gətirərək bildirib ki, bu ölkədə fəaliyyət göstərən beynəlxalq striminq xidmətləri yerli gəlirlərinin 20%-ni fransız dilində Avropa layihələrinə (filmlərə və s.) sərmayə kimi yatırırlar.
Qeyd edək ki, nəzərdə tutulan vəsait sektora 2025-ci ildə ayrılan dövlət vəsaitindən (130 milyon avro) demək olar ki, iki dəfə çoxdur.




