XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” adlı salnaməsi Türkiyə türkcəsinə tərcümə edilərək “Bilgə” nəşriyyatı tərəfindən “Səfəvi tarixi seriyası” çərçivəsində nəşr edilib.
Daha.az xəbər verir ki, Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edən Səfəvi dövləti ilə bağlı həqiqətləri Türkiyə ictimaiyyətinə və elmi mühitinə çatdırmaq məqsədilə hazırlanan kitab Kastamonu Universitetinin Tarix bölümünün professoru Namiq Musalının müfəssəl giriş məqaləsi və şərhlərlə birlikdə təqdim olunub.
Müəllif, xüsusən də, Azərbaycanda – Şirvanda, Qarabağda, Çuxursəəddə, Naxçıvanda, Ərdəbildə, Təbrizdə və s. baş vermiş hadisələrə xüsusi diqqət ayırıb. Azərbaycanla yanaşı, türk-islam dünyasının müxtəlif regionlarında baş verən proseslər müəllifin diqqətindən kənarda qalıb.
Ekspertlər 752 səhifədən ibarət olan bu nəşrin Türkiyədə Səfəvi tarixi ilə tədqiqatlar üçün mühüm bir mənbə rolunu oynayacağı, elmi ictimaiyyət və geniş oxucu kütləsi arasında mövcud olan bəzi yanlış anlaşılmalara aydınlıq gətirəcəyi qənaətindədirlər.




