Papa kino ulduzları ilə görüşüb

Roma Papası XIV Leo Vatikanda dünya kinosunun ulduzlarını qəbul edib.
Daha.az xəbər verir ki, görüşdə aktrisalar Keyt Blanşett və Monika Belluççi, aktyorlar Adam Skott, Sercio Kastellitto, Viqo Mortensen və Kris Payn, rejissorlar Spayk Li, Emir Kusturitsa, Qreta Gerviq, Qas Van Sent, Canni Amelio, Cuzeppe Tornatore və digərləri iştirak ediblər.

Vatikanın Mədəniyyət Nazirliyinin təşkil etdiyi görüşdə çıxış edən pontifik kino ulduzlarını səsi eşidilməyənlərin səsi olmağa çağırıb.

Qeyd edək ki, görüşdən əvvəl Roma Papası ən çox sevdiyi dörd filmin adını açıqlamışdı. O bu siyahıya “Bu, gözəl həyatdır”, “Musiqinin səsi”, “Həyat gözəldir” və “Adi insanlar” filmlərini daxil etmişdi.
OXŞAR XƏBƏRLƏR