Parisdə, Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib.
Daha.az xəbər verir ki, ədəbi məclisdə fransız ədəbiyyatının və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalistlər iştirak ediblər.
Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib.
Natəvan poeziya məclisinin iştirakçıları tədbirin sonunda Mədəniyyət Mərkəzinin bağında görkəmli şairənin heykəli önündə xatirə şəkli çəkdiriblər.




