Üzeyir Hacıbəylinin 140 illiyi UNESCO-da qeyd olunub

Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında konsert proqramı ilə qeyd olunub.

Daha.az xəbər verir ki, tərbir Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

Qeyd edək ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

OXŞAR XƏBƏRLƏR