İspaniya Avroviziyada iştirak etməyəcək? – Açıqlama

İspaniya Mədəniyyət naziri Ernest Urtasun qatıldığı proqramda bəyan edib ki, əgər İsrail Avroviziya 2026-da iştirak etsə, İspaniya yarışmadan geri çəkilə bilər. Onun sözlərinə görə, İsrailin beynəlxalq tədbirlərdə sanki heç nə olmamış kimi iştirak etməsi qəbuledilməzdir. Nazir Qəzzadakı vəziyyəti “soyqırım” adlandıraraq, bu hadisələri pisləməyin antisemitizm olmadığını qeyd edib.

Daha.az xəbər verir ki, baş nazir Pedro Sançes də daha əvvəl Avropa Yayım İttifaqına müraciət edərək İsrailin Avroviziyadan uzaqlaşdırılmasını tələb edib. O, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın müsabiqədən kənarlaşdırıldığını xatırladaraq, eyni addımın İsrailə qarşı da atılmalı olduğunu qeyd edib.

İspaniya ilə yanaşı, Sloveniya da İsrail yarışmada iştirak edərsə, Avroviziya 2026-da iştirak etməyəcəyini açıqlayıb. İsrailin çıxarılmasını tələb edən müraciətə 70-dən çox keçmiş müsabiqə iştirakçısı da imza atıb.

Qeyd edək ki, Avropa Yayım İttifaqı hələlik İsrailin yarışmada iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verməyib. Bu qərarın dekabr ayına qədər məlum olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR