“Microsoft” şirkətinin araşdırmasına görə, Copilot adlı Sİ tətbiqində aparılan 200 mindən çox söhbətin təhlili göstərir ki, Sİ ən çox dil və məzmun yaradıcılığına əsaslanan peşələri ələ keçirə bilər.
Daha.az xəbər verir ki, ən riskli peşə qrupları arasında redaktorlar, telefon marketinqi mütəxəssisləri, müəllimlər, elm adamları, jurnalistlər və tərcüməçilər yer alır.
Məlum olub ki, fiziki bacarıq və praktiki təcrübə tələb edən peşələr süni intellekt proqramlarından daha az təsirlənəcək.
Lakin şirkət siyahıdakı işlərin tamamilə yoxa çıxacağını iddia etmir. Əksinə, Sİ-dən düzgün istifadə edən peşə sahiblərinin işləri daha səmərəli yerinə yetirə biləcəyini bildirir. Texnologiyaya uyğunlaşa bilməyənlər üçün isə iş dünyası daha çətinləşə bilər.



