Memar Sinanın şah əsərinə hörmətsizlik

İstanbulun simvolik abidələrindən biri olan Süleymaniyyə məscidi son günlərdə vandalların hücumuna məruz qalıb.

Daha.az xəbər verir ki, Memar Sinan tərəfindən 1551–1558-ci illərdə əsası qoyulan bu tarixi məscidin döşəməsindəki mozaikalar oğurlanıb.

Belə ki, Sultan Süleyman Qanuninin sifarişi ilə inşa edilən bu möhtəşəm memarlıq nümunəsində geometrik naxışlı qədim mozaikalar naməlum şəxslər tərəfindən oğurlanıb.

İddialara görə, məsciddə təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması belə bir tarixi abidənin vandallar üçün asan hədəfə çevrilməsinə şərait yaradıb.

Hadisə sosial şəbəkələrdə və ictimaiyyətdə geniş narazılığa səbəb olub.

OXŞAR XƏBƏRLƏR