10 yaşlı Zak Riçardson ilk kitabı “Amazon”un bestselləri sırasına daxil olub.
Daha.az xəbər verir ki, o, “Zakın sürünənlər əlifbası” kitabının həm mətninin, həm də illüstrasiyalarının müəllifidir. 57 səhifəlik kitab “Amazon”da üç kateqoriya üzrə (sürünənlər, sürünənlər və amfibiyalar, suda-quruda yaşayanlar) birinci sıradadır.
Ailəsinin işi ilə bağlı hər zaman heyvanların əhatəsində olan və uşaqlıqdan bəri rəsm çəkməyi sevən azyaşlı müəllif ötən illərdə anasının kitab yayımlamasından həvəslənərək öz kitab layihəsi üzərində işləyib. Bu gözlənilməz uğurdan sonra isə artıq növbəti kitabı üçün hazırlıqlara başlayıb.




