İngiltərənin ən əlçatan Norman qalası

İngiltərənin ən mühüm Norman abidələrindən biri olan Norviç qalası beş il davam edən bərpa işlərindən sonra istifadəyə verilib.

Daha.az xəbər verir ki, orta əsrlərin zəngin irsini yaşadan qala “Xalq sarayı” konsepti ilə daha inklüziv və müasir formada dizayn olunub.

Beləliklə, Norviç qalası İngiltərənin ən əlçatan Norman qalası statusunu qazanıb.

Qeyd edək ki, qala Vilhelm tərəfindən inşa edilib və tarix boyu Norman gücünü təmsil edib. Bu gün də Avropanın ən böyük və ən gözəl sekulyar Norman abidələrindən biri hesab olunur.

Yenilənmiş qalada ziyarətçilər Norman dövrünün kral otaqlarını gəzə, interaktiv ekranlar və lazer proyeksiyalarla qalanın tarixini canlandıran vizual materialları izləyə bilərlər.

OXŞAR XƏBƏRLƏR