“Möhtəşəm Bakı” sərgisi – Finlandiyada

Finlandiyanın Həmeenlinna şəhər kitabxanasında tanınmış azərbaycanlı rəssam Çingiz Abasovun “Möhtəşəm Bakı” adlı fərdi sərgisi açılıb.

Çingiz Abasov təkcə xaricdə deyil, vətənində də yaradıcılıq fəaliyyətini davam etdirib. Onun son monumental əsəri – “Qarabağ – 30 il və 44 gün” adlı tablosu 2021-ci ildə Bakıda çəkilmiş və İkinci Qarabağ müharibəsində qazanılan zəfərə ithaf olunub.

Bu tablo həm keçmişin xatirəsi, həm də gələcəyə inamın ifadəsidir, xalqımızın mübarizəsini və qələbəsini sənətdə əbədiləşdirir.

Qeyd edək ki, rəssam artıq 30 ildir ki, Finlandiyada yaşayır.