Antik dövrün yeddi möcüzəsindən biri Aralıq dənizində

Aralıq dənizindən 22 massiv daş blok çıxarılıb. Alimlər hesab edirlər ki, bunlar vaxtilə antik dünyanın yeddi möcüzəsindən biri sayılan məşhur İsgəndəriyyə mayakının bir hissəsidir.

Daha.az xəbər verir ki, mayak eramızdan əvvəl 280-ci ildə II Ptolemeyin göstərişi ilə inşa edilib və hündürlüyü 100 metrdən çox olub.

Mayak XIV əsrdə baş verən zəlzələlər nəticəsində dağılıb.

Qeyd edək ki, yeni tapılan daşlar daha əvvəl tapılan 100-dən çox blokla birlikdə rəqəmsal şəkildə skan ediləcək və 3D model hazırlanacaq.

OXŞAR XƏBƏRLƏR