Vinsent van Qoq 30 mart 1853-cü ildə anadan olub. 29 iyul 1980-ci ildə intihar edib. Müxtəlif mövzularda rəsmlər çəksə də, heç vaxt layiq olduğu diqqəti görməyib. Daha sonra yaşadığı psixoloji problemlərə görə intihar edib. Bu gün o, dünyanın ən dəyərli sənətçiləri sırasındadır.
Daha.az Vinsent van Qoqun məşhur əsərləri haqqında məlumatları təqdim edir.
- “Ulduzlu gecə”
“Ulduzlu gecə” Van Qoqun ən məşhur əsəridir. O, rəsm əsərini Cənubi Fransada müalicə alarkən çəkib. Onun bu mənzərəni psixi problemləri üçün istifadə etdiyi dərmanların təsiri altında gördüyü güman edilir. Ölümündən bir il əvvəl çəkdiyi bu əsər Qərb dünyasının ən əhəmiyyətli rəsmlərindəndir. O, bu gün impressionist əsərlərin ilham mənbəyinə çevrilib.
- “Günəbaxanlar”
“Günəbaxanlar” Van Qoqun dostu üçün çəkdiyi qiymətli əsərlərindən biridir. O, vaxtilə yaşadığı Arlesə dəvət etdiyi rəssam dostu Goginin otağını bəzəmək üçün beş fərqli “Günəbaxan” çəkib. Qardaşına yazdığı məktublarda aralarındakı fərqləri izah edir.
- “Qırmızı bağ”
“Qırmızı bağ” onun sağlığında sata bildiyi yeganə əsərdir. Bu gün Puşkin Muzeyində yerləşir. Onu Brüsseldəki sərgisi zamanı Anna Boş alıb. Bu, sənət tarixində bir ilk kimi qeydə alınıb.
- “Montmartredə küçə mənzərəsi”
“Montmartredə küçə mənzərəsi” 1887-ci ildə çəkilib, heç vaxt sərgilənməyib. Van Qoqun əsəri rekord qiymətə satılıb. O, “Sozebinin hərrac evi”ndə 13 milyon 91 min avroya satılıb. Səs-küy yaradan bu əsərdə 19-cu əsrdə əyləncə məkanı kimi istifadə edilən dəyirmanların Montmartrın fərqli atmosferində yerləşdiyi təsvirini görürük.
- “Sarğılı qulaqlı avtoportret”
O, emosional vəziyyətini “Sarğılı qulaqlı avtoportret” əsərində əks etdirib. Sənətçi Qoqinlə yaşanan gərginliyə görə öz qulağını kəsib. Sənətçinin ruhi xəstəxanaya göndərilməmək üçün qulağını kəsdiyi düşünülür. Bu əsərdə onun mənəvi təlatümünü görmək mümkündür.
- “Kartof yeyənlər”
O, qəsdən tutqun rənglərdən də istifadə edirdi. Bu əsərdə o, qəhvəyi, qara və çirkli yaşıl rənglərdən istifadə edib. Hollandiyanın Nuenen şəhərində olarkən çəkdiyi bu rəsm əsrimizin ən yaxşı əsərlərindəndir.
- “Sarı ev”
Onun “Sarı Ev” əsəri bəzən “Küçə” kimi də adlandırılır. Bu əsər Vinsent van Qoqun Arlesdə kirayə götürdüyü evi təsvir edir. Şəklin sol tərəfindəki bina Van Qoqun yemək yediyi restorandır. Qeyd edək ki, onun çəkdiyi bu ev İkinci Dünya Müharibəsi zamanı bombardman nəticəsində dağıdılıb.
- “Kafe terrasında gecə”
Böyük lampa ilə işıqlandırılmış, ulduzlu səma altında bir kafe. Səkilərdə gecənin rəngləri əks olunur.
- “Overs kilsəsi”
“Overs kilsəsi” Vinsent van Qoqun intihar etməsindən cəmi bir ay əvvəl çəkilib. Van Qoq bu əsəri “Şimal xatirələri” adlandırır. Əsərdə təsvir olunan kilsə Fransada yerləşir.
- “Buğda tarlası və qarğalar”
Vinsent van Qoqun intihar etməmişdən əvvəl çəkdiyi əsərlərdən biridir. Bu, onun ən böyük əsərlərindən biridir. Əsər buğda tarlası üzərində uçan qarğalarla dolu buludlu səmanı təsvir edir. Tarlanın ortasında yol var. Van Qoq yazırdı ki, bu əsər tənhalığı və kədəri ifadə edir.