“Mən Corca: köküm və prinsiplərim” – Baş nazirin yeni kitabı

İtaliyanın ilk qadın baş naziri Corca Meloninin “I Am Giorgia: My Roots, My Principles” (“Mən Corca: Köküm və Prinsiplərim”) adlı kitabı dərc olunacaq. 

Daha.az xəbər verir ki, Meloni kitabında atasının ailəsini tərk etməsi, uşaqlıqda yaşadığı travmalar və siyasətdə qadın olmağın gətirdiyi stereotiplərlə necə mübarizə apardığını səmimi dillə izah edir.

Baş nazir anasının ona necə hamilə qaldığını və onu tələf etmək istədiyindən bəhs edir. Ən böyük travmalarından biri isə o, dörd yaşında ikən baş vermiş yanğındır.

O, artıq çəkili olduğu üçün məktəbdə zorakılığa məruz qaldığını, dost tapmaqda çətinlik çəkdiyini, görünüşünə görə özgələşdirildiyini etiraf edir.

Anasının əzmkarlığı, ata sevgisizliyi və beləcə, bizim tanıdığımız Meloni.

OXŞAR XƏBƏRLƏR