Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri” 16 iyulda Ağdamda davam edib.
Daha.az xəbər verir ki, poeziya saatında Molla Pənah Vaqif və digər Qarabağ şairlərinin şeirləri səsləndirilib.
Tanınmış yazarlar və şairlər səhnəyə çıxaraq poeziya ilə Ağdamın mədəni dirçəlişinə töhfə verib.
Muğam axşamında isə Qarabağın zəngin musiqisi dinləyicilərə duyğulu anlar yaşadıb.