Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 2024-2025-ci il konsert mövsümünə yekun vurub.
Daha.az xəbər verir ki, filarmoniyanın Yay zalının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi orkestr ilk olaraq Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nı, Q.Qarayevin “Alban rapsodiyası” və M.Maqomayevin “Təntənəli marş” əsərlərini, Niyazinin “Rast” simfonik muğamını və başqa əsərləri ifa edib.
Konsertdən sonra çıxış edən orkestrin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov, hər bir ifaçının peşəkar musiqiçi olduğunu vurğulayaraq, yubiley münasibətilə kollektivi ürəkdən təbrik edib.