Bu ilin iyul ayında Mançesterdə “Football City, Art United” adlı geniş miqyaslı sərginin açılışı baş tutub. “Manchester International Festival 2025” çərçivəsində keçirilən sərgidə 11 əfsanəvi futbolçu ilə 11 müasir rəssamın iki dünyanı birləşdirən yeni işləri təqdim olunub.
Daha.az xəbər verir ki, sərginin ideya müəlliflərindən biri isə “Chelsea”və “Galatasaray” kimi bir çox məşhur komandanın üzvü olmuş oyunçu Xuan Matadır.
İspan idmançı bədii rəhbər Hans Ulrix Obrist, kurator, yazıçı və rejissor Coş Uildiqlə birlikdə sərginin kuratorlarından biridir.
Erik Kantona və Edqar Devids kimi məşhur futbolçuların da daxil olduğu təşəbbüsdə sənət əsərləri ilə yanaşı, iştirakçıların inkişaf yolunu əks etdirən videportretlər də nümayiş olunur.





