Qabriel Qarsia Markesin nəşr olunmamış əlyazması tapılıb.
Daha.az xəbər verir ki, bu barədə onun redaktoru məlumat verib.
Dərc olunmuş hissəsinə əsasən, demək olar ki, “Avqustda bir-birimizi görəcəyik” (“En Agosto Nos Vemos”) adlı roman hər il tropik adada anasının məzarını ziyarət edən 50 yaşlı ailəli qadının səyahətindən ibarətdir. Üstəlik, o, özüylə yaşıd yad kişiyə aşiq olub.
Qeyd edək ki, varislərin əlyazmanın nəşrinə icazə verib-verməyəcəyi haqqında məlumat verilməyib.