Britaniyanın həftəlik elmi jurnalı “Nature” Çin alimlərinin yeni kəşfi barədə məlumat dərc edib. Belə ki, beynəlxalq alimlər qrupu ilk dəfə Sakit okeanın şimal-qərbində – doqquz kilometrdən çox dərinlikdə mövcud olan canlı aləmi çəkiblər. Alimlər bu dərinlikdə tamamilə yeni bir ekosistem növü kəşf ediblər.
Daha.az xəbər verir ki, aparılan elmi ekspedisiyada istridyə yataqları, buz kimi şəffaf bakteriya təbəqələri, uzun soxulcan koloniyaları və parıldayan dəniz canlıları müşahidə edilib. Alimlər bu canlıların tam qaranlıq mühitdə metan və hidrogen sulfid kimi maddələrlə qidalanaraq yaşadıqlarını bildirir.
Qeyd edək ki, bu tapıntıdan əvvəlki ən dərin sualtı kadrlar 8 336 metr dərinlikdə çəkilmişdi.
Mütəxəssislər bu kəşfin həm dərin dəniz elmi üçün, həm də dünyadan kənarda həyat axtarışı baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.