Fransanın Limoj şəhərində yerləşən Adrien Dubouché Milli Muzeyində böyük oğurluq hadisəsi baş verib.
Daha.az xəbər verir ki, muzeydən ümumi dəyəri 9.5 milyon avro olan Çin mənşəli bir vaza və iki boşqab oğurlanıb.
Fransa mətbuatının məlumatına görə, hadisə dünən gecə baş verib və artıq araşdırmalar başlayıb. Ölkənin Mədəniyyət naziri Raşida Dati sosial şəbəkə hesabından polisin oğruları tutmaq üçün hərəkətə keçdiyini bildirib.
Qeyd edək ki, Adrien Dubouché Muzeyi antik dövrdən bu günə qədər keramika və farfor sənətinin inkişafını əks etdirən 18 mindən çox əsərə ev sahibliyi edir.