8800 illik 5 qədim tikili

Çanaqqalanın Gökçəada rayonundakı Uğurlu-Zeytinlik təpəsində aparılan arxeoloji qazıntılar zamanı 8800 il əvvələ aid 5 memarlıq nümunəsi tapılıb. Bu ərazi Egey dənizi adaları arasında ən erkən yaşayış məskənlərindən biridir və eramızdan əvvəl 6800-cü illərə gedib çıxır.

Daha.az xəbər verir ki, ərazidə kənd təsərrüfatı və heyvandarlığa əsaslanan ilk yaşayış forması, keramika istehsalı, metallurgiya və abidə tipli memarlıq nümunələri mövcuddur.

Builki qazıntılar zamanı adaya ilk gələn kənd təsərrüfatı icmalarına məxsus dairəvi planlı 5 tikili müəyyən edilib.

Qeyd edək ki, Uğurlu təpəsindəki qazıntılar 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aparılır. Tapıntılar təkcə Gökçəadanın deyil, bütövlükdə Egey adalarının qədim tarixinə işıq tutur.

 

OXŞAR XƏBƏRLƏR