82 dəqiqəlik “qanlı Ay tutulması” baş verəcək

7–8 sentyabrda “qanlı Ay tutulması” baş verəcək. NASA-nın məlumatına görə, tutulma prosesi, təxminən, 5 saat 30 dəqiqə, tam tutulma mərhələsi isə 1 saat 22 dəqiqə davam edəcək.

Daha.az xəbər verir ki, bu hadisə 2022-ci ildən bəri ən uzun tam Ay tutulması olacaq.

Qeyd edək ki, tutulma Avstraliya, Asiya, Afrika və Avropa ölkələrində tam şəkildə görünəcək. Belə ki, dünya əhalisinin böyük hissəsi — təxminən, 7 milyard nəfər tutulmanı müşahidə edə biləcək. 6,2 milyard insan isə bütün prosesi izləmək şansına sahib olacaq.

Ayın qırmızı rəng alması Yer atmosferindən keçən günəş işığı ilə bağlıdır. Atmosfer qısa dalğalı mavi işığı yayır, uzun dalğalı qırmızı işıq isə Ayın səthində bu “qanlı” görünüşü yaradır.

Qeyd edək ki, 21 sentyabr 2025-ci ildə Günəş tutulması da baş verəcək. Lakin bu hadisə yalnız Yeni Zelandiya, Antarktida, Sakit okean adaları və Avstraliyanın şərq sahillərində görünəcək.

OXŞAR XƏBƏRLƏR