8 min illik tülkü dərisi geyinmiş kişi fiquru tapıldı

İzmirdə aparılan qazıntılar zamanı 8 min il əvvələ aid kişi fiquru aşkar edilib.

Daha.az xəbər verir ki, İzmirin Kemalpaşa bölgəsindəki Ulucak Kurqanında arxeoloji qazıntılar uzun illərdir ki, davam edir. 1995-ci ildən başlayan və 2009-cu ildən Trakya Universitetinin professoru Özlem Çevikin rəhbərliyi ilə aparılan bu qazıntılar zamanı 8 min 850 illik tarixə malik yeni tapıntılar üzə çıxarılıb.

Bunlardan biri 9 sm ölçüsündə, tülkü dərisi geyinmiş kişi fiqurudur.

Gil fiqurun Neolit dövrünə aid olduğu düşünülür. Qazıntı rəhbəri Çevik bu fiqurun üslubunun və geyim detallarının digər tapıntılardan fərqləndiyini qeyd edib. Fiqurun başlığının dini mərasim papaqlarına bənzədiyini bildirən Çevik bu tapıntının Ulucak Kurqanının tarixinin düşünüləndən daha da qədim olduğunu sübut etdiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR