Fransanın şimal-şərqində aparılan arxeoloji qazıntılar zamanı Neolit dövründə baş verən qanlı hadisələrin təfərrüatı haqında mühüm mənbə tapılıb.
Daha.az xəbər verir ki, 6 min 300 il əvvəl Paris ətrafından gələn bir qrup istilaçı yerli icma tərəfindən əsir götürülərək işgəncə ilə öldürülüb.
Tədqiqatçılar 4300–4150-ci illərə aid 82 nəfərin qalıqlarını aşkar edib. Onların bəzilərinin qolları və ya əllərinin kəsildiyi, sümüklərinin qəsdən sındırıldığı, kəllələrində deşilmə izlərinin olduğu müəyyən olunub. Bu isə qurbanların “ictimai nümayiş” və “zəfər ayinləri” çərçivəsində öldürüldüyünü göstərir.
Diş və sümük analizləri göstərib ki, işgəncə görənlər bölgəyə yad, ehtimal ki, Paris ətrafından gələnlər olub. Bədəni bütöv qalanlar isə yerli əhalini təmsil edib və hücum zamanı həyatını itirib. Qəbirlərin yaşayış məntəqəsinin ortasında olması isə hadisələrin açıq şəkildə icra olunduğunu sübut edir.
Mütəxəssislərə görə, bu kəşf Neolitik dövrünün şiddətini anlamaq üçün mühüm mənbədir və Avropanın ən qədim “müharibədən sonrakı zəfər rituallarından” biri ola bilər.




