Nyu-York-da keçirilən “Geek Week 2025” sərgisində 150 milyon illik dinozavr skeleti və Marsdan gələn nəhəng meteorit də daxil olmaqla 122 nadir artefakt nümayiş etdirilir.
Daha.az xəbər verir ki, artefaktların iyulun 16-da keçiriləcək hərracda milyonlarla dollara satılacağı gözlənilir.
“Geek Week” auksionunda ən əhəmiyyətli əşya “NWA 16788” adlı Mars meteoriti hesab edilir.
225 milyon kilometr məsafə qət edən meteorit 2023-cü ildə Nigeriyaya düşüb.
Təxminən, 25 kiloqram ağırlığında olan qırmızı-qəhvəyi meteorit bilinən ən böyük Mars “qaya”larından biridir və planetdəki ümumi Mars materialının 7 faizini təşkil edir. Onun təxmini satış qiyməti 2-4 milyon dollar arasındadır.
Hərracda diqqət çəkən digər məqam isə 1996-cı ildə Vayominqdə aşkar edilmiş və Son Yura dövrünə aid Seratozavrın skeleti olub. Təxminən, 150 milyon il yaşı var, qiyməti isə 4-6 milyon dollardır.