430 işıq ili uzaqda – Yeni planet

“Astrophysical Journal Letters” elmi jurnalına əsasən, astronomların Yerdən, təxminən, 430 işıq ili uzaqlıqda yerləşən və gənc ulduzun ətrafında fırlanan yeni planet kəşf etdiyi məlum olub.

Daha.az xəbər verir ki, “WISPIT 2b” adı verilən bu planet Yupiter ölçüsündə qaz nəhəngi olub, təxminən, 5 milyon il yaşa malikdir. Kəşf Şilidə yerləşən Avropa Cənub Rəsədxanasına (ESO) məxsus Çox Böyük Teleskop (VLT) vasitəsilə aparılıb. Araşdırma Hollandiya, İrlandiya və ABŞ-dan olan alimlərin birgə işi nəticəsində həyata keçirilib.

Alimlər qısa müddətli müşahidələrlə gənc ulduzları araşdıraraq onların ətrafında planet işığı olub-olmadığını izləyiblər və bu zaman çoxsaylı halqaları olan toz diski aşkar ediblər.

Qeyd edək ki, “WISPIT 2b” Günəşin ilkin formalarına bənzəyən gənc ulduzun ətrafında yerləşən toz diski içindədir.

OXŞAR XƏBƏRLƏR