“4 təkər” filminin nümayiş tarixi açıqlandı

Quruluşçu rejissor Amil Alinin macəra-komediya janrında çəkdiyi 4 təkər” filmi 18 sentyabr tarixindən etibarən yenidən kinoteatrlarda nümayiş olunacaq.

Daha.az xəbər verir ki, filmin quruluşçu rejissoru və baş prodüseri Amil Ali, ssenari müəllifləri Məcid Hüseynov və Tərlan Nur Yaşar, təsvir rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elnarə Səfərli, bəstəkarı Behzad Məlikzadə, montaj rejissoru Firdovsi A.Nəbiyev, səs rejissor Toğrul Səfərov, icraçı prodüserləri isə Fəqan Bayramov və Sərxan Mustafayevdir.

Aktyor heyətində Məcid Hüseynov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və digər tanınmış aktyorlar rol alıblar.

Qeyd edək ki, film Nizami Kino Mərkəzində nümayiş olunacaq.

OXŞAR XƏBƏRLƏR