Qərbi Anadolunun ən böyük Tunc dövrü yaşayış məskənlərindən biri sayılan Dovşanlıda aparılan qazıntılar zamanı 4 min 500 il əvvələ aid insan fiqurları tapılıb.
Daha.az xəbər verir ki, mərmər, sümük və gildən hazırlanmış 7 insan fiquru ocağın ətrafında yanaşı halda aşkarlanıb.
Bundan başqa, tapılmış saxsı nümunələri də həmin dövrdə istehsal prosesini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Hələlik kiçik sahədə aparılan qazıntılar Tunc dövrünün dini, mədəni və iqtisadi həyatına dair dəyərli məlumatlar verir.
Rəsmi məlumata əsasən, qədim yaşayış məskəni Dovşanlıda qazıntıların bu ilin dekabr ayının ortalarına qədər davam edəcəyi bildirilir.




