3800 illik şəhər – Peniko

And dağları ilə Amazonu birləşdirən 3800 illik qədim şəhər aşkar edilib.
Perunun paytaxtı Lima yaxınlığındakı Peniko antik şəhərinin dağlıq bölgələr ilə yağmur meşələri arasında vacib bir mədəni və ticarət mərkəzi olduğu düşünülür.

Daha.az xəbər verir ki, şəhər səkkiz il çəkən qazıntı işlərindən sonra tapılıb.

Sözügedən ərazidə böyük və kiçik tikililər, yaşayış kompleksləri və mərasim yerləri var.

Şəhərin kəşfi Amerika qitəsinin ən qədim yaşayış ərazisi olaraq qəbul edilən Müqəddəs Caral Şəhərindən sonra ən erkən pre-Hispanik ticarət şəbəkələrini anlamaq çərçivəsində reallaşıb.

OXŞAR XƏBƏRLƏR