“The wire” – çağdaş dövr gerçəkliyinin təsviri

Təxminən, 25 ildən sonra ikonik kino-serial “The Wire” artıq “xəbərdarlıq”, qaramat gələcək ssenarisi deyil, çağdaş dövr gerçəkliyinin təsvirinə çevrilib. 

Daha.az xəbər verir ki, Toni mükafatçısı aktyor Vendel Pirs HBO-nun 2002-2008-ci illərdə, 5 mövsüm boyunca yayımlanan kult serialın yenidən çəkilməyinə ehtiyac olmadığını, çünki serialın təsvir etdiyi ictimai mövzuların bu gün həyatda baş verdiyini deyib.

Pirs müsahibəsində deyib ki, bu serialı klassikləşdirən şey keçmişdə də tamaşaçıya səslənməsi, bu gün də səslənməsi və uzun illər boyu səslənməyə davam edəcəyidir.
Baltimordakı polislərdən və narkotik satıcılarından bəhs edən David Simonun çəkdiyi serialın bir “ibrət hekayəsi” olduğunu vurğulayan aktyor qeyd edib ki, bu serial insan təbiətinin çirkin üzünü göstərən xəbərdarlıq idi. Biz bu gün təsvir etdiyimiz mənzərənin içində yaşayırıq.

OXŞAR XƏBƏRLƏR