32-ci Beynəlxalq Adana “Qızıl qoza” Film Festivalı 22-28 sentyabr tarixlərində keçiriləcək.
Daha.az xəbər verir ki, Festivalın Milli Bədii Film Müsabiqəsində dördü dünya premyerası olmaqla, 10 film mükafat uğrunda yarışacaq. Builki müsabiqəyə 895 film üzrə müraciət edilib.
Seçici komissiyanın dəyərləndirməsi nəticəsində finala yüksələn filmlər arasında Əli Cabbarın “Anamın solğun çiçəkləri”, Emine Emel Balcının “Burdayam, yaxşıyam”, Emine Yıldırımın “Gündüz apollon, gecə Atena”, Gözde Kuralın “Sinema Cəzirə” və Pelin Esmerin “O da bir şeydir?” kimi filmlər yer alır.
Karlovı Varı Film Festivalında nümayiş olunan “Sinema Cəzirə” Türkiyədə ilk dəfə nümayiş etdiriləcək.