Animasiya film layihələrinin qalibləri – SİYAHI

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.

Daha.az xəbər verir ki, müsabiqə çərçivəsində 7 animasiya filmi layihəsi dövlət dəstəyinə layiq görülüb:

“Eyni yağışın altında”, “Oyun”, “Kölgəsiz Adamlar”, “Qayıtmışam”, “Hipotez”, “Fazzi: oyanış” və “İşquzların bilgi çanağı”.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli kino istehsalını təşviq etmək, gənc rejissorların və animasiya sahəsində fəaliyyət göstərən yaradıcıların layihələrini dəstəkləməkdir.

OXŞAR XƏBƏRLƏR