Alimlər Yunnan Əyalətinin Vudinq bölgəsində tapılan, yaxşı qorunmuş kəllə sümükləri, boyun-kürək fəqərəsi və ayaq sümüklərindən ibarət qalıqları tədqiq ediblər.
Daha.az xəbər verir ki, Erkən Yura dövründən qalma sümüklərin, təxminən, 200 milyon il əvvələ aid olduğu qeyd edilir.
O dövrdəki dinozavrlardan fərqli xüsusiyyətləri olduğu müəyyən edilən növə “’Wudingloong wui” adı verilib. Araşdırmanı Çin Elmlər Akademiyası Onurğalı Paleontoloji və Paleoantropoloji İnsitutu, Çin Geologiya Muzeyi, Yunnan Universiteti həyata keçirib.
Uzun boyunlu, əksərən otyeyən dinozavrları əhatə edən “Sauropodomorpha’” kladının nüməyəndəsi “Wudingloong wui” Şərqi Asiyadan indiyə qədər tapılan ən qədim qalıqdır.