1600 illik pinqvin sürprizi

Perunun cənub-qərb sahillərində yaşamış Naska xalqına aid keramikadan hazırlanmış, üzərində nadir pinqivin əks olunmuş qab tapılıb. 

Daha.az xəbər verir ki, Çikaqo İncəsənət İnstitutunun kolleksiyasında saxlanılan bu çoxrəngli, üzərində kiçik oyma qanadlara və qabarıq dimdiyə malik pinqvin əks olunmuş qab eramızın 350–500-cü illəri arasında hazırlanıb. Təsvir olunmuş dimdikli isə nəsli tükənməkdə olan Humboldt pinqvinidir(Spheniscus humboldti).

Mütəxəssisləri Perunun tropik səhra bölgəsində yaşayan xalqın pinqvinlər haqqında məlumata necə sahib olmağı, üstəlik, onu olduğu kimi təsvir etməyi düşündürür.

Naska keramikaları da eynilə yer rəsmlərində olduğu kimi heyvan, insan, mifoloji varlıqlar və tanrıları əks etdirən çoxrəngli üslubuyla diqqət çəkir və bu canlıların cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

 

 

 

OXŞAR XƏBƏRLƏR