16 milyon ildir bir kəhrəbanın içində qalmış qarışqa tapılıb. Tarixə işıq tutacaq bu qarışqa almazdan daha qiymətlidir. Tədqiqatçılar bu qarışqa növünün təkamül nəzəriyyəsini də tərsinə çevirdiyini deyirlər.
Daha.az xəbər verir ki, kamuflyaj məsələsində usta olan topraq qarışqası Dominik Cumhuriyyətində tapılıb.
Nyu-Cersi Texnologiya İnsitutundan olan tədqiqatçılar 16 milyon illik bu nümunənin Kariblərdə kəşf edilən ilk “Basiceros” qalığı olduğunu elan ediblər.
“Basiceros enana” adı verilən bu miniatür növ məlum bütün növlərdən daha kiçik olmağıyla diqqət çəkir.
Bu gün ancaq Cənubi Amerikanın tropik meşələrində yaşayan Basiceros qarışqalarının keçmişdə Karib adalarında da yaşamış olduğu bu kəşflə isbat edilmiş oldu.