Məşhur rəssam Uilyam Törnerin 150 il əvvəl itən rəsm əsəri Böyük Britaniyada tapılıb.
Daha.az xəbər verir ki, bu, rəssamın ilk rəsmlərindən biridir. Rəssam bu əsəri 17 yaşında çəkib. “Fırtına” tablosunda rəssamın imzası aşkar edilib.
“Sotheby’s” hərrac evinin nümayəndəsi rəsm əsərinin Törner tərəfindən çəkildiyinə əmin olduğunu bildirib.
Əsər tezliklə auksionda satışa çıxarılacaq. Onun başlanğıc qiymətinin 270 min – 400 min dollar arasında olacağı gözlənilir.




