OceanGate faciəsindən iki il sonra “Titanik”ə yeni səfər planlaşdırılır.
Daha.az xəbər verir ki, adı açıqlanmayan milyarderin 10 milyon dollarlıq gizli səfəri haqqında şayiə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Məlumata görə, sözügedən milyarder yaxın həftələrdə Şimal Atlantik okeanının 3,8 kilometr dərinliyinə enərək “Titanik”i ziyarət etməyi planlaşdırır. Bu, 2023-cü ildə “Titan” adlı sualtı aparatın partlayışından sonra həyata keçiriləcək ilk səfər olacaq. Qeyd edək ki, həmin qəzada OceanGate şirkətinin rəhbəri Stokton Raş da daxil olmaqla beş nəfər həyatını itirmişdi.
Qeyd edə ki, sosial şəbəkələrdə Elon Mask, Cef Bezos və iş adamı Lari Konnorun adı mümkün namizədlər arasında çəkilir.




