Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə noyabrın 16-da Bakıda 1-ci Uşaq Rəqs Festivalı keçiriləcək.
Daha.az xəbər verir ki, festival 6–14 yaş arasında olan uşaqlar üçün nəzərdə tutulub. İştirakçılar səhnədə həm Azərbaycan xalq rəqslərini, həm də müxtəlif dünya xalqlarının rəqslərini təqdim edəcəklər.
Qeyd edək ki, festivalın sonunda iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim oluncaq.




