Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş “Zəfər rəqsi” qısametrajlı bədii filminin treyleri yayımlanıb.
Daha.az xəbər verir ki, film ASAN TV və “Ədibin Evi”nin birgə layihəsi çərçivəsində çəkilib.
Daha.az xəbər verir ki, film ASAN TV və “Ədibin Evi”nin birgə layihəsi çərçivəsində çəkilib.
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin ikincisi seçilmiş mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Gəray Həsən, rəssamı Vüqar Qurbanov, bəstəkarı Vüqar Məmmədzadədir.
Filmdə Azər Aydəmir, Günay Əhməd, Niyaz İlyasoğlu, Vüsalə Ağayeva, Ramin Zeynalov və digər aktyorlar oynayıb.
Qeyd edək ki, layihənin rəhbəri “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevadır.
Film Zəfər Günü ərəfəsində təqdim olunacaq.








