“Zəfər rəqsi” filminin qala-premyerası – VİDEO

Nizami Kino Mərkəzində “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası olub.

Daha.az ASAN TV və “Ədibin Evi”nin birgə layihəsi çərçivəsində çəkilmiş filmin qala-premyerasının video-icmalını təqdim edir.

Qeyd edək ki, Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin ikincisi seçilmiş mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Gəray Həsən, rəssamı Vüqar Qurbanov, bəstəkarı Vüqar Məmmədzadədir.Filmdə Azər Aydəmir, Günay Əhməd, Niyaz İlyasoğlu, Vüsalə Ağayeva, Ramin Zeynalov və digər aktyorlar oynayıb.

Layihənin rəhbəri “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevadır.