“Yazmaya bilirsənsə, yazma!” – Yazmaq Vərdişi Nə Vaxt İtir?

Mədəniyyət Nazirliyi və Daha TV-nin birgə layihəsi olan “Fikir vaxtı”nın növbəti buraxılışı ədəbiyyatın məşhur “Bartlbi sindromu” mövzusuna həsr olunub.

“Bartlbi sindromu” nədir, necə yaranır?

“Bartlbi sindromu” yazıçıların hər hansı bir səbəbdən yazmağı dayandırmasıdır.

Özlərini gücsüz hiss etmələrinə səbəb olan bir hadisədən sonra artıq yaza bilməyəcəklərini dərk edən yazıçıların ədəbiyyatdan uzaqlaşmasını ifadə edən bu məfhum haqqında Qismət Rüstəmovun şərhi.