Xalis fenomenologiya – Edmund Husserl

DAHA.az Edmund Husserlin “Xalis fenomenologiyaya ümumi giriş: Mahiyyət və mahiyyətli dərketmə/Fakt və mahiyyət” essesini təqdim edir.

1. Təbii dərketmə və təcrübə

Təbii dərketmə təcrübədən başlayır və təcrübədə də qalır. Beləliklə, necə ki, bizim mümkün araşdırmaların təbii adlandırdığımız həmin nəzəri quruluşun məcmu qorizontu, bir sözlə – dünya sözü ilə göstərilir. Bu səbəbdən də bütün elmlər bu cür əzəli quruluşları ilə dünyadan bəhs edən elmlərdir və hələ ki, “həqiqi varlıq”, “gerçək varlıq”, yəni “real varlıq” ifadələri – nə qədər ki, bütün real olanlar dünyanın tamlığını təşkil edir – “dünya varlıqları” ilə üst-üstə düşür, bütövlükdə anlayışların məcmusu yalnız bu cür hökm sürəcək 21 (3).

21 (3) Burada sizə heç bir tarix danışmırlar. Nə vaxt ki əzəliliyin – sanki psixoloji səbəbindən, sanki tarixi-evalyusiyasından danışırlar, onda genezisdən danışmağa dəyməz və bu haqda heç büşünmək də lazım deyil. Burada daha hansı məqsəd nəzərdə tutulursa, o özünün elmi və reflektiv aydınlığını yalnız sonralar əldə edir. Lakin hər biri lap əvvəldən hiss edir ki, empirik-konkret faktiki dərketmənin bəzən hansısa bir, misal üçün, hər hansı riyazi cəhətdən ideal olan dərketməni qabaqlamasının obyektiv müvəqqəti məna əldə etməsi mütləq deyil və o tamamilə qeyri-müvəqqəti mənada daha inandırıcıdır. (bu qeyd səhifənin axırına düşür- tərcüməçidən)

Onun bəxti olaraq hər bir elmin araşdırılmasına hansısa predmet sahəsi uyğun gəlir, onun bütünlükə dərk edilməsinə isə, yəni burada, doğru mülahizələrinə, onun əsaslandırılması hüququnu təsdiq edən mənbələr kimi məlum müşahidələr uyğun gəlir, məsələn, filan sahənin predmetləri hər vəchlə öz mövcudluqlarına onların özü kimi – ən azından, qismən – həm də öz ilkin mənbələrinin mövcudluğundan nail olurlar. Birinciyə məxsus “təbii” müşahidə dərketmə sferasına və həm də onun bütün elmlərinə nə verirsə, – bu təbii təcrübədir, həmin təcrübə isə özünün ilkin mənbələrindən nə verirsə, – bu qavrayışdır, qavrayış sözü burada onun adi mənasında başa düşülür. Sadəcə, həmin ilkin mənbələrdən onu müşahidə etməklə, nə isə real olan bir şeyin “görünməsi” və “qavranılması”- eyni şeydir. Biz ilkin mənbələrin təcrübəsindən fiziki şeylərin “zahiri qavrayışını” əldə edirik – lakin artıq irəli baxan yaddaşlarla və ümüdlərlə deyil; biz ilkin mənbələrin təcrübəsindən elə bizim özümüzün və ya bizim şüur vəziyyətimizin daxilini, yaxud özü-özünə qavrayışını əldə edirik – lakin başqalarının və onların duyğularının “duyulması” ilə deyil. Biz “başqalarının duyğularını” onların məlum olan cismi qavrayışları əsasında görə bilərik. Lakin görmədən keçən bu cür “duyum”, hərçəndi müşahidə etmə və xəbər vermə aktı olsa da, lakin ilkin mənbənin özündən xəbər vermə deyil. Digəri onun ruhi həyatı ilə bağlıdır – hərçəndi, “özü burada”, hərçəndi öz cismi ilə burada vəhdətdə başa düşülsə də, bununla belə, sonuncudan fərqli olaraq o ilkin mənbənin özündən başa düşülən kimi verilmir.

Dünya – bu mümkün təcrübə və təcrübi dərk etmə predmetlərinin, düzgün nəzəri təfəkkürün aktual təcrübəsi əsasında başa düşülmüş predmetlərin tam məcmusudur. İndi təcrübi elmlərin metodunun konkret olaraq necə görünməsinin, onun özünün birbaşa təcrübi mövcudluğun sıx çərçivəsı xaricinə çıxmaq hüququnu necə əsaslandırmasının müzakirəsi yeri deyil. Dünya haqqında olan elmlərin, yəni təbiət quruluşlu elmlərin hamısı –maddi təbiətdən bəhs edən təbiət elmlərdir, həmçinin də canlı məxluqların və onların psixofiziki təbiətlərindən, o cümlədən, psixologiyadan, fiziologiyadan və s-dən bəhs edən elmlərdir.

Bura eyni dərəcədə də, mənəvi elmlərdən, yəni tarixdən, mədəni hadisələrdən, sosioloji fənlərin hər hansı növündən bəhs edən elmlər də aiddir, üstəlik, biz hələ, onların təbiət elmləri ilə bir müstəviyə qoyulub-qoyulmaması, yaxud, onların təbiət elmləri kimi və ya eləcə vacib yeni növlü elmlər kimi nəzərdən keçirilib-keçirilməməsi məsələsini açıq saxlaya bilərik.

2. Fakt. Fakt və mahiyyətin ayrılmazlığı

Təcrübi elmlər” faktlar” haqqında elmlərdir. Təcrübi dərketmənin əsaslandırıcı aktları real olanları fərdi hesab edir, onlar real olanı burada-movcud olan məkani-zaman kimi, burada, zamanın bu nöqtəsində olan belə bir şey kimi güman edirlər, özünün hansısa bir sürəkliliyinə və hansısa bir tamamlanmış reallığına malikdir, hansı ki, öz mahiyyətinə görə eyni ilə bu cür də hər hansı başqa bir müvəqqəti yerdə ola bilər; öz növbəsində belə bir şey kimi, bu fiziki simada (misal üçün, hansısa bir cismanilik sifəti ilə birgə verilən olaraq) hansısa bir yerdə də olur, bundan başqa da həmin bu real olanın özü, özünün xüsusi mahiyyəti üzrə nəzərdən keçirməsi ilə, eyni ilə bu cür də, hər hansı özgə bir yerdə, özgə bir simada ola bilər, eləcə də eyni cürə də dəyişilə bilər, bu zaman faktiki olaraq o dəyişilməz olur, ya da ki, o faktiki olaraq necə dəyişilirsə, onunla müqayisədə, başqa bir formada dəyişilə bilər. Hər cür növ fərdi varlıq, ümumiyyətlə, götürüldükdə, “təsadüfidir”. Məsələ belədir ki, o öz mahiyyəti ehtibarı ilə özgə cür də ola bilərdi. Hətta, əgər faktiki olaraq hansısa bir real şəraitin mövcud olması və faktiki olaraq onların hansısa bir müəyyən nəticələrinin qaçılmaz olması üzündən, təbiətin müəyyən qanunları öz mənalılığını saxlasa da, – hər halda fərqi yoxdur, bu cür qanunlar yalnız özlüyündə tamamilə özgə cürə səslənə bilən faktiki nizamlılığı ifadə edir, hansı ki, bilərəkdən mümkün təcrübə predmetlərinin mahiyyətinə məxsus olaraq artıq tələb edir ki, onun tərəfindən nizamlanmalı olan predmetlər, özlüyündə qiymətləndirilməklə – təsadüfüdirlər.

Bununla belə, burada faktiki olaraq adı çəkilən bu cür təsadüfilik, onunla məhdudlaşır ki, o korrelyativ olaraq zəruriliklə birləşdirilir, hansı ki, bu da, heç də asan olmayan məkan-zaman faktlarının birgə nizamlanmasının qaydaya salınmasında öz mənalılığını saxlamaqla, faktiki mövcud olan deməkdir, həm də mahiyyətli zəruriliyin xarakterini əldə etməsi ilə yanaşı, eyni zamanda mahiyyətli ümumiliyə qoşulmanı da əldə edir. Əgər biz deyiriksə ki, hər bir fakt, “onun öz mahiyyəti üzrə” həm də başqa cür ola bilər, onda biz eyni zamanda aşağıdakıları da deyə bilərik: mahiyyətin əldə edilməsi məhz bütün təsadüflərin, eyni zamanda da xalis dərk edilməli olan eydosların mənasından ayrılmazdır, həm də, o bundan sonra ümumiliyin müxtəlif pillələrinin əsas həqiqətləri arasında əldə edilir. Bax bu!, özünə görə adi olmayan tək-yeganə – ümumiyyətlə sadəcə fərdi, sadəcə birisi deyil – fərdi predmetdir, o “özü öz daxilində” özünün xüsusiyyətini, özünün mövcud olması ilə mühüm predikabiliya əldə edir, hansı ki, ona layiq olmağa onunla borcludur ki, ona, təkrar, nisbi müəyyən olunan başqaları da layiq ola bilərdi. Nümunə üçün, belə demək olar ki, hər bir səs özündə və özü üçün nə isə bir mahiyyətə və – hər şeydən belə – ümumiyyətlə səsin ümumi mahiyyətinə, daha doğrusu, ümumiyyətlə akustikaya malikdir, əlbəttə, əgər onu, fərdi səsin (ayrı-ayrı götürülən və yaxud da ümumi olaraq başqası ilə tutuşdurulmaqla) daxilindən görünən bir məqamı kimi başa düşsək. Həmçinin eyni ilə də hər hansı maddi şey özünün əsaslı quruluşuna, yəni ümumiyyətlə, müəyyənliklərin, ümumiyyətlə sürəkliliyin, ümumiyyətlə, zahiri görünüşün, ümumiyyətlə, maddiliyin– hər şeydən belə – “ümumiyyətlə, maddi şeylərin” ümumi quruluşuna malikdir. Hansısa individin mahiyyətinə aid olan hər şeyə, həm də, başqa individ də malik ola bilər, ancaq ən ali mahiyyətli ümumiliyə, bir növ bizim tərəfimizdən indi göstərilən nümunədə olduğu kimi, individlərin “regionlarına”, yaxud “kateqoriyalarına” sərhədlər müəyyən edirlər.

3. Mahiyyətin və fərdi müşahidənin gözdən keçirilməsi

Birinci növbədə “mahiyyət”, onun bir şeyi kimi, filan individin özü özünə varlığında əldə olunan şeyləri göstərir. Lakin hər hansı belə bir şey ideyada ürəli sürülə bilər. Təcrübədə, yaxud, fərdi müşahidədə başa düşülən şey ola bilsin ki, mahiyyət görünüşü ilə (ideasiyaya) dəyişilsin – hansı ki, öz növbəsində mümkünlüyünü, empirik kimi deyil, mahiyyət kimi başa düşmək lazım gəlir. Bu zaman gözdən keçirilənin özü də müvafiq olaraq, sanki ən yüksək kateqoriyada, sanki tam konkretliyin özünə qədər xüsusiləşmiş bir şey kimi, xalis mahiyyət və ya eydos olur.

Mahiyyətdən, yaxud hətta onun ilkin mənbələrindən xəbər verən bu kimi baxışlar, bizim səsin mahiyyəti haqqında özümüzə gətirdiyimiz buna bənzər nümunəyə adekvat ola bilər, lakin həm də nəzərə almaq lazımdır ki, o yalnız aydınlığa münasibətdə deyil, həm də dəqiqliyə münasibətdə çox və ya az dərəcədə, qismən yarımçiq “qeyri-adekvat da ola bilər.” Müəyyən kateqoriyalı mahiyyətlərin xüsusi təşkilindən o şeylər ayrılmazdır ki, onlara münasib mahiyətlər yalnız “birtərəfli”, “çoxtərəfli” mahiyyətlər isə ancaq momentlərin ardıcıllığı ilə verilə bilsin və heç vaxt “hərtərəfli” verilə bilməsin; müvafiq olaraq bu kimi mahiyyətlərə uyğun fərdi xüsusiləşmə də təcrübədə başa düşülə bilər və qeyri-adekvat “birtərəfli” empirik müşahidələrdə yalnız təsəvvürlər ola bilər. Bu şeylərlə bağlı olan hər hansı mahiyyət haqqında, həm də ölçünün və ya maddiliyin bütün mahiyyətli komponentləri üzrə doğrudur; daha yaxından nəzər yetirdikdə isə (sonralar təhlil sayəsində bi aydın olacaq), bu hətta ümumiyyətlə hər hansı reallıqlar üçün də doğrudur, belə ki, düzdür, “birtərəfliliyin” və “çoxtərəfliliyin” qeyri-müəyyən ifadələri burada müəyyən məna əldə edir, qeyri-adekvatlığın müxtəlif növləri isə öz aralarında sərhəd çəkirlər.

Hələ ilkin olaraq onu göstərmək kifayətdir ki, artıq fiziki şeylərin məkan görünüşlərini prinsipial olaraq yalnız birtərəfli proeksiyalarda vermək olar, belə ki, sonralar, hətta əgər bu kimi qeyri-adekvatlıqlardan yayınsaq da, müşahidələrin ara vermədən sərbəst axını ilə baş verən bütün nailiyyətlərə baxmayaraq, hər hansı fiziki xüsusiyyət bizi təcrübələrin sonsuzluğuna cəlb edir, burada da təcrübənin hər hansı müxtəlifliyi nə qədər uzağa gedib çıxsa da, hər halda şeylərin daha konkret, daha yeni müəyyənliklərini açıq saxlayır – bütün bunların hamısı in infinitum-dur. Fərdi müşahidənin adekvat və ya qeyri-adekvatolmasına baxmayaraq, o mahiyyətli görünüşə müraciət edə bilər, sonuncu isə, o adekvata və ya qeyri-adekvata müvafiq olsa da, verilən hər hansı aktın xarakterini əldə edir. Bunda isə aşağıdakılar birləşir:

Mahiyyət (eydos) – bu yeni qaydanın predmetidir. Necə ki, şəxsən verilən, ya da müşahidənin təcrübi yolu ilə başa düşülən fərdi predmetdir, bunun kimi, əsaslı müşahidə ilə verilən də – xalis mahiyyətdir.

Burada sadəcə zahiri analogiya deyil, köklü ümumilik nəzərdə tutulur. Mahiyyətin nəzərdən keçirilməsi də – həmçinin müçahidədir, bunun kimi də eydetik predmetin özü də predmetdir. Korrelyatıv əlaqəli “müşahidə” və “predmet” anlayışlarının ümumiləşdirilməsi – bu heç nəyə əsaslanmadan hansısa qeyri-şüuri olaraq tələb olunmur, o inadla şeylərin təbiəti tərəfindən tələb olunur.22(4) Empirik müşahidə, xüsusən də, təcrübə, hansısa bir individual predmetin şüurudur, dərk edən şüur kimi, “o bunu mövcud olmaya”, qavrayış kimi isə – ilkin mənbənin özündən mövcud olmaya və həm də, onun “əsl” canlı mənliyi ilə, predmetin “ilkin mənbədən” başa düşülən həmin şüuruna gətirib çıxarır. Mahiyyətli müşahidə də tamam eyni ilə bu cür, nəyinsə, hansısa bir predmetin şüurudur, hansına ki, onun nəzərləri istiqamətlənir, belə bir şey, istər “özü onun daxilində verilsin”, istərsə də, sonra qeyri-müəyyən və ya aydın bir surətdə digər aktlarda “təsəvvür edilsin” və “başa düşülsün”, o labüd olaraq geniş formal-məntiqi mənada hər hansı predmet kimi, həqiqi və yalan predikasiyaların eyni ilə eləcə subyekti olur. Hər cür mümkün predmetdə, məntiqi mənada desək, “mümkün həqiqi predikasiyalarda hər cür subyektin” özünün, – predikasiya edən hər cür təfəkkürə qədər –onu onun özündə təsəvvür edən, müşahidə edən, bəzən də onda başa düşən, onun baxışlarını əsl mənlik şüuru kimi “dərk edən” xüsusi giriş üsulları vardır. Beləliklə, mahiyyətin nəzərdən keçirilməsi müşahidədir, əgər o, əlbəttə, sadəcə, hansısa bir əyani təsəvvür deyil, həqiqi mənada nəzərdən keçirmədirsə, onda o, mahiyyəti onun həqiqi, birbaşa əsl mənliyindən ələ keçirən ilkin mənbənin özündən gələn müşahidədir.23(5)

Digər tərəfdən o prinsipial olaraq digər kateqoriyaların predmetliliyinə korrellativ olan həmin müşahidə növlərindən, xüsusi ilə də, daha məhdud mənada adi, yəni individlərin müşahidələrindən fərqlənən xüsusi və yeni növlü müşahidədir. Əlbəttə, mahiyyətli müşahidənin xüsusiyyətinə o şey, yəni individual olaraq görünən olan nə isə bir şey daxil olur ki, onun əsasında da fərdi müşahidənin əsas momenti yatır, döğrudur, burada gerçəklik olaraq hansısa bir başa düşmə və hansısa bir güman etmə tələb olunmur; o şey doğrudur ki, bunun nəticəsində mahiyyətli müşahidə, şüurun ayrı-ayrı növlərinin yığılması ilə fərdi “müvafiq” baxışa yönəldən hər hansı bir sərbəst imkanlar olmadan mümkün deyil – bunun kimi, onun əksi də mümkün deyil: sərbəst imkanları olmayan individual müşahidənin ideasiyasını, görünən mahiyyətin individual nüminədə təcəssüm edən müvafiq baxışına istiqamətlənməklə həyata keçirmək; lakin bütün bunlar, qəti surətdə o şeydə heç nə dəyişmir ki, burada hər iki növ müşahidə prinsipial olaraq, bir növ indi söylənilmiş fikirlərlə fərqləndirilirlər, özünü yalnız onların mahiyyətli birləşdirilməsində göstərir. Müşahidənin mahiyyətli fərqinə “ekzistensiyanın” “essensiya” ilə, faktın eydosla mahiyyətcə birləşdirilməsi cavab verir. Bu cür qarşılıqlı əlaqələri izləməklə, biz mülahizələrimizin köməyi ilə onların həmin anlaşılan mahiyyətini dərk edirik, hansılar ki, bu cür terminlərdən ayrılmazdır və bundan sonra onlarla möhkəm əlaqədə olur, eyni zamanda ona qoşulan, əsasən də “eydos” (ideya), “mahiyyət”, qismən də mistik anlayışlara qoşulmalardan səliqə ilə ayrılır.24(6)

4. Fantaziya və mahiyyətin gözdən keçirilməsi. Mahiyyətin dərki faktların hər hansı dərkindən asılı deyil

Xalis mahiyyətin eydosu, intuitiv olaraq təcrübənin, qavrayışın, yada salmanın və s-in, mövcud olması ilə təcəssüm edə bilər, həm də eyni qayda ilə adi fantaziyalarda da mövcud ola bilər. Biz mahiyyəti nəyə görəsə, özlüyündə və onun ilkin mənbələrindən dərk etməklə, təcrübənin müvafiq müşahidəsindən, eləcə də naşı, mövcud varlığı başa düşməyən,”ancaq təsəvvür edə bilən” adi müşahidələrdən çıxış edə bilərik. Əgər biz öz sərbəst fantaziyalarımızla hansısa bir məkani yaratma, melodiya, sosial proseslər və s., döğururuqsa, yaxud da, təcrübi dərk etmə aktları, məmnunluq və ya narazılıq aktları, həyəcan aktları və s., quraşdırırıqsa, deməli biz bütün bu “ideasiya” vasitələri ilə, müxtəlif çeşidli xalis mahiyyətləri həmin ilkin mənbələrin özündən çıxış etməklə nəzərdən keçirə bilərik, hətta bəzən də adekvat olaraq, – qoy bu lap ya məkani görünüşlərin, melodiyaların, sosial proseslərin və s-in, ümumiyyətlə, mahiyyəti olsin, ya da elə görünüşlərin, melodiyaların və s-n, müvafiq xüsusi növü olsun.

Bununla belə, belə bir şeyin nə vaxtsa aktual təcrübə ilə göstərilib-göstərilməməsinin fərqi yoxdur. Əgər sərbəst uydurma, hər hansı psixoloji möcüzə vasitəsi ilə, prinsipcə yeni bir təsəvvürə, məsələn, indiyə kimi heç bir təcrübədə olmayan və indidən sonra da heç bir təcrübədə rast gəlinməyəcək hissi məlumatlara gətirib çıxarsaydı, deməli, bu ilkin mahiyətlərin özündən gələn müvafiq mahiyyətlərin mövcudluğunda heç bir şeyı dəyişməyəcəkdi, – hərçəndi təsəvvür edilən məlumatlar – əsla gerçək məlumatlar deyil.

Bununla əhəmiyyətli dərəcədə aşağıdakılar əlaqəlidir: mahiyyətlərin güman edilməsi və ilk öncə seyrçi başa düşülməsi heş bir halda hər hansı bir fərdi mövcud olma gümanını implikasiya etmir; xalis mahiyyətlərə dair həqiqətlər, faktlara dəxli olan cüzi müddəaları belə özündə saxlamır, buna görə də, onların heç birindən faktlara aid ən əhəmiyyətsiz həqiqəti belə çıxarmaq mümkün deyil. Hər cür düşüncə faktları, hər cür mülahizə faktları özünün əsaslandırılması üçün təcrübəyə neçə ehtiyac duyursa (belə bir düşüncə mahiyyətin əsaslılığını bu şəkildə zəruri olaraq nə qədər tələb edir), bunun kimi də, xalis mahiyyətli düşüncələr – qarışdırılmamış düşüncələr, yəni mahiyyəti və faktları birləşdirməyən – mahiyyətləri əsaslandırılmış əsaslar olaraq nəzərdən keçirməyi tələb edir.

5. Mahiyyətlərdən və eydetik ümumilikdən bəhs edən mülahizələr

Hər halda aşağıdakılara diqqət yetirmək lazımdır. Mahiyyətlər və onlarla əlaqəli şəraitlər haqqında fikir yürütmək və ümumiyyətlə eydetik fikir söyləmək – bu bizim sonuncu anlayışa verməyə məcbur olduğumuz həmin miqyasda – eyni şey deyil: eydetik dərketmə özünün bütün mülahizələrində predmet olaraq, heç də mahiyyətlərdən bəhs edən – həm də bununla əlaqəli olan şeyləri əldə etmir: məsələn, təcrübəyə oxşar şüur kimi, mövcudluğun analoji başa düşülməsi kimi – bizim onu indiyə qədər başa düşdüyümüz kimi – mahiyyətli müşahidə; hansısa bir mahiyyət hansı şüur üzrə əyani dərk edilirsə, bunun kimi də fərdi olan bir şey təcrübədə dərk edilir, – bu yeganə şüur deyil, necə ki, mövcud olmanın hər hansı bu cür fərziyyələrini istisna etməklə mahiyyəti özündə gizlədir. Mahiyyətlər intuitiv olaraq dərk edilə bilər, həm də məlum dərəcədə, hec də “haqqında söhbət gedən predmetlərin” zəminində durmadan da başa düşülə bilər.

Gəlin müzakirələrdən çıxan nəticələrə əsaslanaq. Daha dəqiqi, burada bütün məsələ mahiyyətlərdən bəhs edən fikirlərlə, ümumən qeyri-müəyyən formada olan və fərdi bir şeyin gümanları ilə qarışdırılmayan, hər halda yenə də fərdilikdən bəhs edən mühakimələrdə dolaşan, ancaq yalnız ümumi olan həmin moduslarda, vahidlik kimi mahiyyətdən bəhs edən mühakimələrdə dolaşan, bu cür fikirlər arasında olan fərqlərdədir. Belə ki, xalis həndəsədə biz bir qayda olaraq “düzün”, “bucağın” “üçbucağın”, “konus kəsiyinin”və s-in, eydosu haqqında deyil, ümumiyyətlə, düz və bucaq haqqında, ümumiyyətlə, fərdi üçbucaqlar haqında, ümumiyyətlə, konus kəsikləri haqqında mühakimə yürüdürük. Bu kimi ümumi mühakimələr mahiyyətli ümumilik xarakteri əldə edir, – “xalis”, yaxud, necə deyərlər, “ciddi” və ümumiyyətlə “şərtsiz” ümumilik.

Sadəlik naminə fərz edək ki, söhbət “aksiomlardan”, bilavasitə aşkar mülahizələrdən gedir, hansı ki, vasitəli əsas əldə edən mülahizələrin bütün digər şeylər də gedib ona çıxır. Bu cür mülahizələr – burada nə cür ki, ona qabaqcadan giriş verilir, həmin həddə, onlar fərdi vahidliklər haqqında mühakimə irəli sürür – özünün noetik əsaslandırılması üçün, yəni öz mülahizəsi üçün, müəyyən mahiyyətləri görmə qabiliyyətinə ehtiyac duyur, hansı ki, bunu (modifikasiyalaşmış mənada) həm də mahiyyətlərin dərk edilməsi kimi də göstərmək olar; mahiyyətli müşahidənin diqqətsizliyi kimi, həmçinin bu axırıncı da, onların təcrübi dərk edilməsinə deyil, mahiyyətlərin fərdi vahidliyinin gözlə görünməsinə əsaslanır. Və onlar üçün də həmçinin adi fantaziya təsəvvürləri, daha doğrusu, fantaziyaların gözlə görünməsi kifayətdir, – gözlə görünmə özlüyündə dərk olunur, o “görünür”, ancaq o burada mövcud olan kimi başa düşülmür. Əgər, misal üçün, biz mahiyyətli ümumiliklə (“şərsiz” və “xalis” ümumiliklə) mühakimə yürütsək: ümumiyyətlə bəzi rənglər ümumiyyətlə bəzi səslərdən fərqlənəcək, – deməli, indicə deyilənlər bununla təsdiqlənir. “Rəngin” mahiyyətinə aid olan vahidlik, həm də “səsin” mahiyyətinə aid olan vahidlik, intuitiv təsəvvür olunandırlar, üstəlik öz mahiyyətlərinə aid olan vahid kimi: belə bir vahid eyni zamanda fantaziya müşahidələrinin və mahiyyətli müşahidələrin məlum növlərində mövcud olur, – lakin sonuncuya o qədər də dəxli yoxdur ki, bu zaman müşahidə mahiyyətin predmetinə müraciət etsin. Bu situasiyanın mahiyyətinə habelə o da aiddir ki, burada bizim üçün hər dəfə və həmişə müvafiq obyektivləşdirici müəyyənliyə dönmək üçün yol açıq olur, bu da məhz mahiyyət imkanlarıdır. Müəyyənliklə dəyişilməyə uyğun olaraq mən mühakimənin özünü də dəyişirəm, bu halda o belə səslənəcək: “rəngin” mahiyyəti (“soyu”) başqa bir şeydir, nəinki “səsin” mahiyyəti (soyu). Deməli bu hər yerdə belədir. Bə əksinə: mahiyyətdən bəhs edən hər hansı mülahizə, özlüyündə, ola bilsin ekvivalent olaraq bu mahiyyətlərin vahidliyindən bəhs edən ümumi mülahizələrə üz çevirir. Beləliklə, xalis mahiyyətli mülahizələr (xalis eydetik mülahizələr), onlar hansı məntiqi formalarla fərqlənir-fərqlənsin, yenə də bir mənsubiyyətlidir. Onların hamısı içərisində o şey ümumidir ki, onlar fərdi varlığı, hətta mülahizələri fərd haqqında, yəni onun xalis mahiyyətli ümumiliyi haqqında irəli sürdükləri zaman da, ehtimal etmirlər.

Rus dilindən tərcümə edən: Yusif Rəhimoğlu Obaçı

___________________________________

22(4) Bu qədər sadə və tam fundamental baxışı özü üçün mənimsəmək bizim dövrümüzdə psixoloji tədqiqatçıya cətin başa gəlir, bunu mənim O Külpenin yenicə əldə etdiyim “Realizasiya” (I tiraj. 1912, s. 127) kitabında mənim kateqorial müşahidələrdən bəhs edən təlimimlə apardığı qəribə polemika sübut edir. Təəssüf edirəm ki, elə bir görkəmli alim məni başa düşməmişdir. Bununla belə, əgər anlaşmazlıq bu qədər ciddidirsə və xüsusi müddəaların mənasından heç bir şey qalmırsa, onda tənqidi cavab vermək qeyri-mümkündür. (qeyd səhifənin sonunda getməlidir- tərc. B.Q)

23(5) “Məntiqi tədqiqatlar”da mən adətən, mahiyyətin ilkin mənbənin özündən nəzərdən keçirildiyini göstərmək üçün, əksər hallarda hətta adekvat olan üçün də ideasiya sözündən istifadə etmişəm. Lakin, göründüyü kimi, hər hansı şüuru əhatə edə bilən daha sərbəst anlayışlara ehtiyac var, hansı ki, bu sadəcə və birbaşa hansısa bir mahiyyətə istiqamətlənmiş olsun, həm də onu fərz edib başa düşə bilsin.

24(6) Bax. mənim məqaləm, “Fəlsəfə ciddi elm kimi” Loqos (I), s. 315. (səhifənin axırında göstərilməli – tərcüməçidən).

OXŞAR XƏBƏRLƏR