Tbilisi Dövlət Rəssamlıq Akademiyasının böyük sərgi salonunda gənc azərbaycanlı rəssamların “Palitra İnteqrasiya” adlı sərgisi açılıb.
Daha.az xəbər verir ki, sərgi Tbilisi Dövlət İncəsənət Akademiyası, İnkişaf və Təhsil Mərkəzi və Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgidə Marneulidəki “Tea House” rəsm kursunun, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin, “Rizvan İsmailov Studio”, “Borçalı Carpet & Art”, “Saral İnkişaf və Təhsil Mərkəzi”nin və “Parlaq Gələcək Gənclər Mərkəzi”nin gənc rəssamlarının 100-ə yaxın əl işi nümayiş etdirilib.
Sonda sərgidə təmsil olunan mərkəzlər “İncəsənətin regionda inkişafına verdiyi töhfəyə görə” mükafatı ilə təltif olunub.