Sənət və Elm Arasında Qədim Əlaqə! – Mədəniyyət Necə Formalaşır?

Mədəniyyət Nazirliyi və Daha TV-nin birgə layihəsi olan “Beyin Fırtınası”nın ilk buraxılışı mədəniyyətin formalaşmasında elm və sənətin önəminə həsr olunub.

Mədəniyyət elmlə güc, sənətlə gözəllik qazanır. Elmi ixtiralar, kəşflər mədəniyyəti bilgi ilə təmin edir, sənət isə özünün yaradıcı imkanlarıyla onu estetikləşdirir. Mədəniyyətin təməli elmin obyektiv, sənətin subyektiv gerçəklikləridir. Obyektiv və subyektiv gerçəkliklər isə insana özünü və həyatı mənalandırmaq imkanı verir.

Müzakirənin qonaqları:

Millət vəkili Fazil Mustafa
Fizika mütəxəssisi Yalçın İslamzadə

Moderator:
Aqşin Yenisey