Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda, Altındərə vadisində yerləşən və Qaradağ dağlarının sıldırım qayalarının oyulması ilə inşa olunan Sümela Monastırı 2025-ci ilin yanvar-iyun ayları ərzində 151 min 315 ziyarətçinın axınına məruz qalıb.
UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısında yer alan qədim dini kompleks mədəniyyət və təbiət həvəskarlarının Trabzon bölgəsinə səfərləri zamanı ilk ziyarət etdiyi məkanlardan biridir.
Turizm mövsümünün başlaması ilə ziyarətçi axını artan monastır qonaqlarına təbiət yürüşləri, dağ velosipedləri və foto-safari kimi müxtəlif alternativlər təqdim edir.
“Əzizə Varvara” adı ilə tanınan Aya Varvara kilsəsi ilə də diqqət çəkən Sümela Monastırı bölgənin tarix, mədəniyyət və ekoturizm potensialına mühüm töhfələr verir.