DAHA.TV-nin Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Beyin fırtınası” bu dəfə “Şeir ölüb, ölür, yoxsa öləcək?” mövzusuna həsr olunub.
Son illər dünya ədəbiyyatında ən çox müzakirə olunan mövzulardan biri şerin gələcəyidir.
Rəqəmsallaşan dünyada şeir yaşaya, zamanın şərtlərinə uyğunlaşa biləcəkmi?
Bu debatımızda spikerlərimiz və iştirakçılarımız şeirsiz dünyanı təsəvvür və təsvir etməyə çalışacaqlar.
Spikerlər: – jurnalist, esseist Vüsal Məmmədov, – yazıçı, esseist Sahilə Yaya
Moderator: – Aqşin Yenisey








