Rəqəmsal texnologiya Səbahəddin Əlini bu günə gətirir


Səbahəddin Əlinin Sinop həbsxanasında dustaq olduğu dövr rəqəmsal texnologiyanın vasitəsilə əks olunub. 

Daha.az xəbər verir ki, Sinop Tarixi Həbsxana muzeyi  Səbahəddin Əlinin həbsxana dövrünü hologram texnologiyası ilə səsli-vizual formatda canlandırır.

Beləcə, ziyarətçilər “Quyucaqlı Yusif”, “İçimizdəki şeytan”, “Xəz paltolu Madonna” kimi ən məşhur romanların müəlifinin daxili dünyasına nüfuz edirlər.

Qeyd edək ki, muzeydə müəllifin romanlarından hissələr və şeirləri də vizual effektlərlə təqdim edilir.

 

Səbahəddin Əli
Səbahəddin Əli
OXŞAR XƏBƏRLƏR