Əsərləri 52 dilə tərcümə edilən və 60 milyon nüsxədən çox satılan tanınmış norveçli detektiv yazarı Yu Nesbönün yeni “Qan bağları” kitabı işıq üzü görüb.
Daha.az xəbər verir ki, hələ kitab nəşr olunmamış artıq müəllif hüquqları Almaniya, Hollandiya, İtaliya da daxil olmaqla 8 ölkəyə satılıb.
Yu Nesbönün sözlərinə görə, bu əsər onun ən çox sevdiyi kitab olmağa namizəddir.
Qeyd edək ki, “Qan bağları” sədaqət, ailə bağları, tükənən sevgi və güclü qüvvələrə qarşı mübarizə haqqında möhtəşəm və insanı daimi gərginlikdə saxlayan həyəcanverici romandır.