Akkad mədəniyyəti
Böyük Sarqon eramızdan 2400 il əvvəl ətrafdakı ölkələri fəth etdi və Akkad İmperatorluğunu qurdu. Geniş coğrafiyalara sahiblənmək həvəsinə görə o, ordu anlayışının təməllərini atdı və kişilərin üstünlük təşkil etdiyi cəmiyyətin əsaslarını qoydu. “Enmetena Urukaqina qanunlar”nı yazdırdı. Bu qanunlar məlum gender bərabərsizliyini həyata keçirən ilk qanunlar idi. Bu qanunların birində deyilirdi: “Qadın icazə almadan danışırsa, dişlərini bərk bir kərpiclə qırın”.
Babil Mədəniyyəti
Eramızdan əvvəl 1770-ci ildə bildiyimiz “Hammurabi Qanunları” yazıldı. Bu qanunlarda qadınlar öz mülklərinə sahib ola bilərdilər və onları “lazımsız” səbəblərə görə öldürmək qadağan idi. Lakin onun bütün cinsi kimliyi kişinin hökmranlığına verilmişdi. Qadınlara təcavüz etmək qadağan idi. Bu qadağa qadınların şəxsi həyatının pozulması ilə deyil, həmin qadının sahibinin əmlakına dəymiş ziyana görəydi.
Assuriya Mədəniyyəti
Təxminən eramızdan əvvəl 1500-cü ildə hökmranlıq edən Assuriyalılar dövründə bərabərsizlik daha qabarıq şəkildə özünü göstərdi. İşğalçı ərazi genişlənməsi, sonsuz müharibələr və getdikcə artan ordular qadınları daha da arxa plana keçirdi. Qəbul edilən qanunların yarıdan çoxu qadınların sosial rolu və cəza formaları ilə bağlıydı:
– Qadınların saçları və qulaqları dartıla bilər.
– Kişilər istəsə qadınları küçəyə ata bilərlər.
– Qadın bətnindəki uşağı aldırarsa, öldürüləcək.
– Qadın zina edərsə öldürülür.
– Əgər kişi cinayət törədirsə, onun yerinə onun arvadı cəzalandırılır. (Zorlayan kişini cəzalandırmaq üçün arvadını zorlayırdılar.)
Misir Mədəniyyəti
Eyni dövrdə Misiri idarə edən qadın firon Hatşepsutun ölkəsində cinsiyyət bərabərliyi ön planda idi. Mədəniyyətin ən parlaq dövrləri yaşanırdı. Kişi və qadının geyimində, saçında, ictimai rolunda heç bir fərq yox idi. Lakin Hatşepsutun ölümündən sonra bərabərlik tədricən yox olmağa başladı.
Qədim yunan Mədəniyyəti
Bəs Qədim Yunanıstanda vəziyyət necə idi? Qadınların hicab taxması məcburiydi. Demokratiyanın yarandığını düşündüyümüz ölkədə qadınlar 1952-ci ilə qədər səs verə bilmirdilər. Yunanlar “Pandoranın Qutusu” hekayəsi ilə bütün pisliyin qadınlardan kainata yayıldığına inanırdılar.
Aristotel deyirdi: “Qadın yaradılışdan natamam kişidir. Məntiqi olmadığı üçün kişilər tərəfindən idarə olunmalıdır”.
Bizans Mədəniyyəti
Kilsənin “Qadınlar şeytanla əlbirdir” dediyi bir vaxtda dünyanın ən güclü şəhəri olan Konstantinopolu Teodora idarə edirdi. İppodromda fahişə, rəqqasə və müğənni olan Teodora imperatriçə olduqdan sonra qadınların hüquqlarının inkişafında böyük rol oynadı. 548-ci ildə vəfat etdiyi zaman qadın hüquqları baxımından dünyanın ən mütərəqqi şəhəri Konstantinopol idi.