Fransada yaşayan ispan rəssam, heykəltəraş, səhnə tərtibatçısı, şair və dramaturq Pikasso, şübhəsiz ki, yaşadığı 20-ci əsrin ən intellektual şəxsiyyətidir. Onun əsərləri mavi və çəhrayı dövrlərə bölünsə də, o, kubizm, neoklassizm və sürrealizmdən istifadə etməklə yeni bir cığır açıb.
Daha.az Pablo Pikassonun ən məşhur 10 rəsminin hekayəsini təqdim edir.
“Elm və xeyirxahlıq”
Şəkildə yataqda yatan bir xəstə və onun yanında iki qohumu və bir uşaq gözləyir. Bu rəsm rəssamın özünün pik dövründə çəkdiyi əsərdir. Onun əsərləri hazırda Barselonadakı Pikasso Muzeyində sərgilənir.
Kubizmin qabaqcıllarından biri kimi tanınan Pablo Pikasso müasir rəssamlığın ən önəmli adlarından biridir. 20-ci əsrdə adından söz etdirən rəssam Pikasso bütün həyatı boyu fərqli bir yolda olduğunu əsərlərində göstərməyə çalışıb.
“Göyərçin tutan uşaq”
“Göyərçin tutan uşaq” Pikassonun 21 yaşında ikən çəkdiyi kətan üzərində yağlı boya ilə çəkdiyi əsərdir. Tabloda ağ paltarlı bir qızın əlində ağ göyərçin olduğu görünür. Bu, Pikassonun ən tanınan əsərlərindən biridir və buna görə də onun karyerasında ən mühüm rəsmlərdən biri hesab olunur. Hazırda İngiltərənin London şəhərindəki Milli Qalereyada nümayiş etdirilir.
Pikasso rəssamlıq karyerasının ilk dövründə mavi rəngdən bol-bol istifadə etmiş və bu rəngin “keçicilikdən uzaq” olduğunu söyləmiş, ona görə də bu dövrü “Mavi dövr” adlandırmışdır.
“Qertrud Şteynin portreti”
Pikassonun “çəhrayı və ya qızılgül dövrü” rəssamın 1904-1906-cı illər arasında çəkdiyi əsərləri əhatə edir. Bu dövrün ən diqqət çəkən əsərlərindən biri “Qertrud Şteynin portreti”dir.
Rəssam bu əsərində amerikalı yazıçı və kolleksiyaçı Qertrud Şteynin portretini çəkib. Bu rəsm Pikassonun kubizmə keçidində bir addım olaraq görüldüyü üçün onun əhəmiyyətli rəsmləri arasındadır. Rəsm hal-hazırda Nyu Yorkdakı Metropolis İncəsənət Muzeyində nümayiş etdirilir.
“Şorba”
Pikassonun 1901-1904-cü illər arasında çəkdiyi rəsmlərin onun “mavi dövrü” adlandırıldığını söylədik. Sənətçi bu müddət ərzində İspaniya və Parisə də səyahət edir. Gəzdiyi yerlərdən də təsirlənən rəssam rəsmlərində əsas rəng kimi mavi rəngdən istifadə etməyə üstünlük verir.
O, Parisdə olduğu müddətdə pul qazandı, lakin bütün pulunu tez xərclədi. Aclıqla sınaqdan keçirildi və bu, ona ətrafında eyni vəziyyətdə olan insanları görməyə imkan verdi. Bir sözlə, biz buna seçmə qavrayış deyirik. Amma şəkildə maraqlı daha bir şey var: Qız şorbanı qarıya verir, yoxsa qadın şorbanı qıza verir? Bu hələ də sirr olaraq qalır…
“Yaşlı gitarist”
Pikasso mavi dövründə əsas rəng olaraq mavidən istifadə etsə də, yaşıl, qara, bənövşəyi rənglərindən də istifadə etmişdir. Bunun da əsas səbəbi sənətçinin istədiyi qaranlığı vermələridir.
Pikasso bu əsərləri yaratdı, lakin onlar o zaman gözlədiyindən çox az populyar idi. Daha sonra mavi dövrünü “emosionallıqdan başqa bir şey olmayan” kimi şərh etdi. Rəssamın bu dövrdəki zirvə işi, şübhəsiz ki, onun “Yaşlı gitarist” tablosudur. Bu əsərdə rəssam “İspaniyanın Barselona şəhərində bir küçədə cırıq, kor, yalnız, əlində gitara olan qoca bir adamı” təsvir etmişdir. O, hazırda Çikaqo İncəsənət İnstitutunda nümayiş etdirilir.
“Dora Maarın portreti”
İndi biz Pikassonun şah əsərlərindən birinə, “Dora Maarın Portreti”nə baxırıq. Bu tablonun rəssam üçün çox xüsusi yeri var. Səbəb isə Pablo Pikassonun 1937-ci ildə çəkdiyi bu əsərin onun sevdiyi Dora Maar adlı qadına məxsus olmasıdır.
Şəkilə baxdıqda stulda oturan bir qadın görürük. Rəssam, parlaq rənglər və bucaq formalarından istifadə edərək, Maarı sürrealist üslubda çəkib. Pikassonun 1930-cu ildən sonrakı əsərləri daha çox sürrealizmlə bəzədilib. Bu, “Dora Maarın portreti”ndə aydın görünür. Şedevr hazırda Parisdəki Pikasso Muzeyində nümayiş etdirilir.
“Pikassonun avtoportreti”
İndiyə qədər bəhs etdiyimiz əsərlərdən anladınız ki, Pikassonun bir çox rəssamlardan fərqli üslubu var. Bəli, maraqlı üslub və quruluşa malik olan rəssam 15 yaşından 90 yaşına kimi avtoportretlər çəkib.
Özünün çoxlu avtoportretləri var: 15 yaş (1896), 18 yaş (1900), 20 yaş (1901), 24 yaş (1906), 25 yaş (1907), 35 yaş (1917), 56 yaş (1938), 96 (86), (95), 89 yaşında (1971), 90 yaşında (1972).
Pablo Pikasso avtoportretləri haqqında belə bir açıqlama verdi: “Fərqli üslublardan istifadə etməyim sənətimdə təkamül və ya naməlum rəssamlıq idealı kimi qəbul edilməməlidir. Çünki bu, təkamül və ya tərəqqi demək deyil, sadəcə, ifadə olunması arzu olunan bir şeyi təqdim etmə prosesində izlənilən bir yoldur.”
“Göyərçin”
Pikasso həyatının hər anında fərqli üslubları mənimsəmiş və ictimaiyyətə tanınmış bir rəssamdır. Biz bunu onun 1949-cu ildə “Dove” adlı kağız üzərində litoqrafiyasında görə bilərik.
Şəkil 1949-cu il Paris Sülh Konqresində bir posteri təsvir etmək üçün istifadə edilmiş və “Sülh göyərçini” kimi tanınan dövrün ikonoqrafik şəklinə çevrilmişdir.
“Gernika”
Rəssamın ən təsirli əsərlərindən biri də “Gernika”dır. Pikasso bu əsəri 1937-ci ildə çəkib. Bu əsərin ərsəyə gəlmə hekayəsi olduqca təsiredicidir. İspaniyada vətəndaş müharibəsi 1936-cı il iyulun 17-dən 1939-cu il aprelin 1-dək baş verdi. 26 aprel 1937-ci ildə faşist Almaniyası 28 döyüş təyyarəsi ilə İspaniyanın Gernika şəhərini bombaladı.
Pikasso hücumdan 15 gün sonra, 1937-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Həyatda İncəsənət və Texnika sərgisində onun üçün ayrılmış divarda müharibəni təsvir edən bu tablonu çəkdi.
Bir nasist zabit Pablo Pikassoya “Bu əsəri siz çəkmisiniz?” sualını verəndə rəssam ona “Xeyr! Sizin əsərinizdir bu!” cavabını vermişdi.
“Üç musiqiçi”
Rəssam bu əsəri kubizm və neoklassizm cərəyanlarının təsiri altında çəkmişdir.
Şəkildəki şəxslərin musiqiçi olduğu bilinsə də, onların kimliyi ilə bağlı məlumat yoxdur. Təkcə məlum olan odur ki, buradakı insanlar italyan adət-ənənələrinə uyğun geyinirlər. Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm hazırda Filadelfiya İncəsənət Muzeyində sərgilənir.